EN

Türkiyə öhdəliyini sona kimi yerinə yetirəcək

Türkiyə Rusiyadan aldığı "S-400" zenit-raket komplekslərini heç kimə, o cümlədən Ukraynaya vermək niyyətində deyil.

Bunu Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər CNN Türk telekanalına açıqlamasında bəyan edib. O bu müstəvidə də Türkiyənin "S-400"-ləri Ukraynaya verəcəyi barədə yayılan məlumatları qəti şəkildə təkzib edib.

Türkiyənin "S-400"-lə bağlı Rusiya qarşısında öhdəliyinə sadiq qaldığını bildirən Yaşar Gülər ölkəsinin onu satmaq və ya kiməsə "hədiyyə" etmək üçün almadığını xüsusi vurğulayıb.

Oxuməni.az

Chosen
75
oxumeni.az

1Sources