EN

Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb

"Anonymous" beynəlxalq xaker şəbəkəsi Gürcüstanın Daxili İşlər Nazirliyinin saytına hücum edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə qrupun "X" platformasındakı paylaşımında deyilir.

Hazırda Gürcüstan DİN-in saytına daxil olmaq mümkün deyil.

Qeyd edək ki, "Anonymous" mayın 1-də hakim "Gürcü Arzusu" partiyasının və hakimiyyət yönümlü "POS TV" telekanalının saytını sındırmışdı.

Qrup həmçinin Gürcüstanın hökumət rəsmilərinin şəxsi məlumatlarını dərc etməklə hədələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
48
apa.az

10Sources