EN

İsrailli nazir: Netanyahu Rəfaha qurudan hücum sözü verib

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Itamar Ben-Qvir bildirib ki, Baş nazir Benyamin Netanyahu ona 1,5 milyon fələstinlinin sığındığı Qəzza zolağının cənubunda yerləşən Rəfaha qurudan hücum ediləcəyini vəd edib.

Sitat.info xəbər verir ki, Ben-Qvir X sosial media platformasındakı paylaşımında Netanyahunun onun xahişi ilə Rəfaha gözlənilən hücumla bağlı görüşdüyünü bildirib.

Ben-Qvir qeyd edib ki, Netanyahuya Rəfaha qurudan hücumun zəruriliyi ilə bağlı xəbərdarlıq edib və baş nazirin İsrailin Rəfaha girəcəyinə və davam edən Qəzzaya hücumlarının bitməyəcəyinə söz verdiyini bildirib.

Ben-Qvir Netanyahunun Rəfaha qurudan hücum olacağı ilə bağlı açıqlamalarını alqışladığını bildirib.

Kənan Yusif 

Sitat.info

Chosen
212
27
sitat.info

10Sources