EN

DİN: Ötən gün 98 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN:

Bakı, 2 may, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 1-də ümumi çəkisi 98 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 5 kiloqramdan artıq heroin, 92,8 kiloqrama yaxın marixuana, 260 qrama yaxın metamfetamin, həmçinin 50 metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

 

 

Chosen
125
4
azertag.az

10Sources