EN

Tbilisidə gərginlik səngimir:POLİS YENƏ BİBƏR QAZINDAN VƏ REZİN GÜLLƏLƏRDƏNİSTİFADƏ ETDİ

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazçılar "Xarici təsirin qarşısının alınması haqqında" qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsindən sonra daha da qəzəbləniblər.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri deputatların təhlükəsiz çıxışını təmin edərək parlamentə bitişik ərazidən tamamilə çıxıblar.

 

Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb ki, asayişi bərpa etmək üçün aksiya iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə olunub. DİN vətəndaşları dinc aksiya keçirməyə, zorakı hərəkətlərdən çəkinməyə və hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni göstərişlərinə tabe olmağa çağırıb.

 

"Daxili İşlər Nazirliyinin bölmələri parlamentin ətrafını tərk etdikdən sonra aksiya iştirakçıları aqressivləşərək qanunverici orqanın dəmir qapılarını zədələməyə cəhd ediblər. Asayişi bərpa etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşları qanunla müəyyən edilmiş xüsusi vasitələrdən, bibər qazı və su şırnağından istifadə ediblər.

 

Hər bir mitinq iştirakçısını sakitliklə öz etirazını bildirməyə, zorakı hərəkətlərdən çəkinməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni göstərişlərinə tabe olmağa çağırırıq. Polis istənilən qanunsuz hərəkətə qarşı tədbir görəcək", - məlumatda deyilir.

  

Son məlumata görə, xüsusi təyinatlılar etirazçılara qarşı yenə su şırnağından, bibər qazından və rezin güllələrdən istifadə ediblər. Ən azı bir nəfərin yaralandığı bildirilir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
105
50
senzor.az

10Sources