EN

“Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” - Tarix Muzeyində açıq dərs

Bakı, 1 may, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi İlahə Sarıyeva tərəfindən nadir eksponatların nümayiş olunduğu yeni ekspozisiyada Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin l kurs tələbələrinə açıq dərs keçirilib. Açıq dərs “Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” mövzusuna həsr olunub.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, açıq dərsdə tələbələrə Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi, mədəni, hərbi və digər sahələrdə keçirdiyi islahatlar haqqında ətraflı məlumat verilib.

Dərs zamanı tələbələr mövzuya uyğun eksponatlarla əyani tanış olublar və onların sualları cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
2
azertag.az

3Sources