AZ

ADNSU-nun l kurs tələbələrinə açıq dərs keçirilib

Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi İlahə Sarıyeva tərəfindən nadir eksponatların nümayiş olunduğu yeni ekspozisiyada Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin l kurs tələbələrinə açıq dərs keçirilib.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Açıq dərs “Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” mövzusuna həsr olunub.

Bildirilib ki, açıq dərsdə tələbələrə Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi, mədəni, hərbi və digər sahələrdə keçirdiyi islahatlar haqqında ətraflı məlumat verilib.

Dərs zamanı tələbələr mövzuya uyğun eksponatlarla əyani tanış olublar və onların sualları cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
tehsil.biz

3Mənbələr