EN

Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsinə hökm oxundu

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin sabiq eksperti Aslan Bayramova hökm oxunub.

E-huquq.az-ın verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökumə əsasən, təqsirləndirilən şəxs Aslan Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Fariz Rzayev ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, istintaq materiallarına əsasən, o, qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən 13 min 500 manat məbləğində rüşvət alıb.

Aldığı pul vəsaiti müqabilində 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

A.Bayramova qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
37
e-huquq.az

10Sources