AZ

Bakıda narkotacirə hökm oxundu

Bakıda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Rzayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.

Hökmü elan etmək üçün müşavirəyə gedən məhkəmə qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən, təqsirləndirilən şəxs Vidadi Rzayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2022-ci ilin fevralında paytaxtın Xəzər rayonu Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilib.

Vidadi Rzayev şübhəli şəxs qismində saxlanılıb. İdarəyə dəvət edilən Elvin Mehrəliyevin üstündən 2 kilodan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
37
e-huquq.az

10Mənbələr