EN

Əvəzedicilər Liqası: 5 qol vuruldu, "Zirə-2" qələbə qazandı

Əvəzedicilər Liqasında XXXII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

"Zirə-2" "Araz-Naxçıvan-2" ilə qarşılaşıb. 5 qolun vurulduğu matçda "qartallar" qələbə qazanıb.

32 turdan sonra turnir cədvəlinə 77 xalla "Neftçi-2" başçılıq edir. "Ağ-qaralar"ın ən yaxın izləyicisi "Qəbələ-2"nin isə aktivində 75 xal var.

"Zirə-2" 45 xalla 5-ci, "Araz-Naxçıvan-2" isə 21 xalla 9-cu sıradadır. Sonuncu isə 20 xalla "Turan Tovuz-2"dir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
248
2
futbolpress.az

10Sources