AZ

APL-də sona 4 tur qala - "Neftçi" üçün kritik həftə

Azərbaycan Premyer Liqasında gümüş medallar uğrunda mübarizə gərgin olaraq davam edir.

Turnir cədvəlində bu yerə iddia edən 4 komanda arasında xal fərqləri demək olar, yoxdur. İkinci "Sumqayıt"la üçüncü "Neftçi"nin 50 xalı var. Dördüncü pillədəki "Zirə" və onun ən yaxın izləyicisi "Sabah" isə 49 xalla müvafiq sırada yer alıblar.

Premyer Liqada növbəti turda "Sumqayıt" "Kəpəz"lə, "Neftçi" isə "Qarabağ"la qarşılaşacaq. Rəqiblərə baxanda "Sumqayıt"ın işi daha rahat görünür. "Kəpəz" elitada qalmağı təmin edib və əsas iddialı "kimyaçılar"dır. Samir Abasovun komandası ötən turda "Qarabağ"ı məğlub edib və yüksək motivasiyalıdır.

"Neftçi"nin "Qarabağ"la səfər görüşünün olması digər komandalarçün əlavə ruh yarada bilər. Belə ki, "Zirə" səfərdə "Turan Tovuz"la, "Sabah" "Araz-Naxçıvan"la qarşılaşacaq. Sözügedən komandalar da rəqiblərinə nisbətən daha az təzyiqdə olacaq. "Zirə" ötən turda "Araz-Naxçıvan"a gözlənilmədən xal itirib və Rəşad Sadıqovun komandası yarışdan qopmamaq üçün mütləq qələbə qazanmalıdır. Eyni vəziyyət "Sabah"a da aiddir. Sona 4 tur qalıb və itirələcək hər xal sonda komandalara böyük problem ola bilər.

APL-də 33-cü tur:

4 may / Kəpəz - Sumqayıt
4 may / Qarabağ - Neftçi
5 may / Turan Tovuz - Zirə
5 may / Araz-Naxçıvan - Sabah
6 may / Səbail - Qəbələ. 

Kamil Əhməd
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
14
futbolpress.az

10Mənbələr