EN

Yalçın Rəfiyev: COP29 komandası substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstərir

Hazırda COP29 komandası substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstərir.

APA xəbər verir ki, bunu COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda panel müzakirələri zaman deyib.

O bildirib ki, hələlik COP29-un yekun sənədləri üzrə danışıqlar prosesi başlamayıb, ancaq bu prosesə hazırlıq məqsədi ilə müxtəlif tərəf dövlətlərlə qeyri-tərəf olan bu prosesin iştirakçıları ilə aktiv məsləhətləşmələr, konsultasiyalar aparılır, nəticədə onların mövqələri öyrənilir və indidən danışıqlar prosesinin strategiyası hazırlanır.

"İkinci istiqamət olaraq, biz sədrin fəaliyyət gündəliyi adlandırılan COP29 sədrliyinin təşəbbüsləri və digər COP29 sədrliyi olaraq Azərbaycana daxil olan digər ölkə və təşkilatların təşəbbüsləri barədə məlumatları alıb təhlil edib və onların əsasında öz fəaliyyət gündəliyimizi hazırlayırıq. Nəhəyət üçüncü istiqamət, milli səviyyədə Azərbaycan hansı tədbirlər görməlidir, hansı addımlar atmalıdır ki, özü qlobal miqyasda bir nümunə göstərə bilsin, bu istiqamətdə də konsultasiyalar, fəaliyyət aparılır”, - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
2
apa.az

5Sources