AZ

COP29 komandası substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstərir - Yalçın Rəfiyev

Mən qısa olaraq COP-29 komandasının substantiv kontent məsələlər üzrə ümumi məşğul olduğu istiqamətlər, hədəflər və bu istiqamətlə atılan addımlar barədə qısa məlumat vermək istəyirəm. Hal-hazırda COP 29 komandası substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstərir.

Ekologiya.az-ın məlumatına görə, bunu COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, birincisi, danışıqlar prosesinə hazırlıq.

“Hələ ki, COP29-un yekun sənədləri üzrə danışıqlar prosesi başlamayıb, ancaq bu prosesə hazırlıq məqsədi ilə müxtəlif dövlətlərlə qeyri-tərəf olan bu prosesin iştirakçıları ilə aktiv məsləhətləşmələr, konsultasiyalar aparılır, nəticədə onların mövqələri öyrənilir və indidən danışıqlar prosesinin strategiyası hazırlanır.

İkincisi, istiqamət olaraq: biz sədrin fəaliyyət gündəliyi adlandırılan COP29 təşəbbüsləri və digər COP29 sədirliyi olaraq Azərbaycana daxil olan digər ölkə və təşkilatların təşəbbüsləri barədə məlumatları alıb təhlil edib və onların əsasında öz fəaliyyət gündəliyimizi hazırlayırıq. Və nəhəyət üçüncüsü, istiqamət: milli səviyyədə Azərbaycan hansısa tədbirlər görməlidir, hansısa addımlar artmalıdır ki, qlobal miqyasda nümunə göstərə bilsin, bu istiqamətdə də konsultasiyalar, aparılır”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.


“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
2
ekologiya.az

3Mənbələr