EN

Aprel ayında dövlət sərhədini pozduğuna görə 26 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bu ilin aprel ayında dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.

Xidmətin mətbuat mərkəzindən Xezerxeber.az-a verilən məlumata görə, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 26 nəfər saxlanılıb, onların 10-u Azərbaycan, 7-si İran, 5-i Əfqanıstan, 3-ü Pakistan və 1-i Hindistan vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 12 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

Sərhəd rejim qaydalarını pоzduqlarına görə 874 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda оlan 275 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 495 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 15 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

Narkotik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 90 kiloqram 951 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1622 həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 203 min 235 manat оlan qaçaqmal, о cümlədən dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.

Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində tədbirlər davam еtdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
149
49
xezerxeber.az

10Sources