Bu ilin aprel ayında dövlət sərhədini pоzduqlarına görə 26 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.
Onların 10-u Azərbaycan, 7-si İran, 5-i Əfqanıstan, 3-ü Pakistan, 1-i isə Hindistan vətəndaşı оlub.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 12 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 874 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 90 kiloqram 951 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1622 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
www.anews.az