“İsrail ordusu İordan çayının qərb sahilində bir neçə reyd keçirib”. Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Telekanalın verdiyi məlumata görə, hərbçilər Hebronun cənubundakı Əl-Favvar düşərgəsinə basqın zamanı 3 fələstinlini həbs ediblər. Yerixoda Aqabat Cabr düşərgəsində daha bir nəfər təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Hərbçilər Qalqilya şəhərinə və Beytləhmdəki Dheisha düşərgəsinə də basqın ediblər. 2023-cü il oktyabrın 7-də Qəzza zolağından radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının İsrail ərazisinə hücumu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək Livan, Suriyanın və zolağın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb. Qadir, Bizimyol.info