Bakının mərkəzində 9 maşının toqquşmasına səbəb avtomobillərin qəzanın görüntüləri yayıb.Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.Bildirilib ki, qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib.09:30Bakının Rəşid Behbudov küçəsində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub.Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli məlumat yayıb.O bildirib ki, bu gecə saat 00:54-də Bakının Nəsimi rayonunun Rəşid Behbudov küçəsində doqquz avtomobilin toqquşması ilə zəncirvari qəza olub:“Hadisə nəticəsində bir nəfər xəsarət alıb, ilkin səbəb olaraq nəqliyyat vasitələrinin sürət yarışına çıxması göstərilir. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.”