ABŞ qüvvələri Qırmızı dənizdə ABŞ-ın USS Philippine Sea və USS Laboon gəmilərinə doğru hərəkət edən Husilərə məxsus PUA-nı vurub.
Herbiand.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
“CENTCOM qüvvələri Qırmızı dənizdə Husilər tərəfindən buraxılan USS Filippin və USS Laboon-a doğru uçan bir pilotsuz uçuş aparatını məhv ediblər.
Husilərin Qırmızı dənizdə Malta bayrağı altında üzən Yunanıstanın “Cyclades” gəmisinə 3 gəmi əleyhinə ballistik raket və 3 İHA atdığı da qeyd edilir.
Nə ticarət gəmisinə, nə də ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilərə ziyan dəyməyib, ekipaj üzvlərindən heç biri xəsarət almayıb.