ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində atışma nəticəsində 3 polis əməkdaşı həlak olub, daha 5-i yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" agentliyi polisə istinadən məlumata yayıb.
Qeyd olunub ki, polis əməkdaşları qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxsi saxlamağa cəhd ediblər.
Polis atışmanın hüquq-mühafizə orqanı əməkdaşlarının şübhəlinin evinə yaxınlaşması ilə başladığını bildirib. Atəş açan ev sahibi güllələnib. Şimali Karolina qubernatoru Roy Kuper hadisə ilə əlaqədar şəhərə gələrək həlak olanların ailələrinə başsağlığı verib.
Musavat.com