AZ

Şəhərin mərkəzində silahlı atışma: 2 ölü, 4 yaralı

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində atışma nəticəsində iki nəfər ölüb, ikisi polis əməkdaşı olmaqla daha dörd nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən CBS telekanalı məlumat yayıb.

Mayın 30-da yerli vaxtla saat 18:00 radələrində (Bakı vaxtı ilə 31 may saat 3:00) silahlı polis küçələri bağlayıb və Bleysdeyl prospekti ərazisindəki yaşayış kompleksini mühasirəyə alıb. CBS telekanalının verdiyi məlumata görə, atəş səsləri eşidilib.

Telekanalın məlumatına görə, polislərdən biri ağır yaralanıb. Minneapolis Polis Departamenti hadisənin səbəblərini açıqlamayıb.

Hadisə yerinə patrul xidməti cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
4
avtosfer.az

10Mənbələr