Ukrayna hakimiyyəti Qərb ölkələrinin silahlarının ölkəyə vaxtında çatmadığını düşünür və onların çatdırılmasının sürətləndirilməsini istəyir.Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfərə gəlmiş NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında danışıb.
"Ordumuza vaxtında dəstək. Bu gün hələ də bu mövzuda müsbət bir şey görmürəm. Bu prosesi sürətləndirmək lazımdır”, - o qeyd edib.
www.anews.az