EN

Regional Su Meliorasiya Xidmətinin fəaliyyət istiqamətləri açıqlandı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti 9 fəaliyyət istiqaməti olacaq.

Milli.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək və həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

- dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, balansında olan içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını təmin etmək;

- meliorasiya və irriqasiya sahəsində xidmətləri göstərmək;

- ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyəti həyata keçirmək, habelə istehlakçıların məişət (təsərrüfat)- içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, tullantı və yağış sularının axıdılması xidmətlərini göstərmək;

- balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək;

- su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək;

- su təhlükəsizliyinin təmin edilməsində iştirak etmək;

- müvafiq sahənin inkişafını təmin etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
11
milli.az

10Sources