AZ

Regional Su Meliorasiya Xidmətinin fəaliyyət istiqamətləri açıqlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin 9 fəaliyyət istiqaməti olacaq.Missiya.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək və həmin siyasətin həyata keçirilməsində iştirak etmək;- dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, balansında olan içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını təmin etmək;- meliorasiya və irriqasiya sahəsində xidmətləri göstərmək;- ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyəti həyata keçirmək, habelə istehlakçıların məişət (təsərrüfat)- içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, tullantı və yağış sularının axıdılması xidmətlərini göstərmək;- balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək;- su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək;- su təhlükəsizliyinin təmin edilməsində iştirak etmək;- müvafiq sahənin inkişafını təmin etmək;- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
11
missiya.az

10Mənbələr