Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəkiRegional Su Meliorasiya Xidməti 9 fəaliyyət istiqaməti olacaq.
Trend xəbər verir ki, bu,Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksinitapıb.
Sənədə əsasən, həmin fəaliyyət istiqamətləriaşağıdakılardır:
- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlıAgentliyə təkliflər vermək və həmin siyasətin həyata keçirilməsindəiştirak etmək;
- dövlət mülkiyyətində olan meliorasiya və irriqasiyasistemlərinin, balansında olan içməli su təchizatı, yağış vətullantı sularının emalı və axıdılması sistemlərinin istismarınıtəmin etmək;
- meliorasiya və irriqasiya sahəsində xidmətləri göstərmək;
- ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla)suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsindəfəaliyyəti həyata keçirmək, habelə istehlakçıların məişət(təsərrüfat)- içməli, istehsalat və digər məqsədlər üçün su ilətəmin olunması, tullantı və yağış sularının axıdılması xidmətlərinigöstərmək;
- balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinəmüntəzəm nəzarəti həyata keçirmək;
- su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və suitkisinin qarşısının alınması sahəsində tədbirlər həyatakeçirmək;
- su təhlükəsizliyinin təmin edilməsində iştirak etmək;
- müvafiq sahənin inkişafını təmin etmək;
- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdəfəaliyyət göstərmək.