EN

PAŞA Holding tərəfindən Future Shapers inkişaf proqramının açılış tədbiri təşkil edilib (FOTO)

Bakı. Trend:

27 aprel 2024-cü il tarixində Future Shapers proqramının açılıştədbiri baş tutub. Proqram istedadlı universitet tələbələrini vəyeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcədə gənclərə bazarda yaranan yeni rollar barədə məlumat verməkməqsədini daşıyır.

Future Shapers-ın bu ilki əsas müvzuları Kiber Təhlükəsizlik,İnnovasiya, Məhsul Mədəniyyəti, Data və Analitika mövzularıdır ki,tədbir zamanı bu mövzuları əhatə edən bilik sessiyaları da həyatakeçirilib.

Tədbir zamanı, spiker qismində PAŞA Holding-in və digərqurumların rəhbər şəxsləri öz təcrübələrini paylaşıb, texniki varəqəmsal bacarıqlar sahəsində baş verən yeniliklər və fürsətlərbarədə məlumat veriblər. Bununla yanaşı, tədbirdə PAŞA Holding vəonun törəmə şirkətlərinin nümayəndələri iştirakçılara PAŞA Qrupunbaxışı, karyera və inkişaf imkanları barədə məlumat verib, bazardayaranan yeni rollar barədə bəhs ediblər.

Növbəti mərhələ olaraq iştirakçıları qabiliyyət imtahanı, eləcədə müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biznessimulyasiyalar gözləyir. Uğurlu nəticə təqdim edən şəxslər PAŞAQrup şirkətlərinin istedadlar siyahısına da daxil olabiləcəklər.

Qeyd edək ki, proqram PAŞA Holding-in Öyrənmə və İnkişaf mərkəziolan PAŞA Hub tərəfindən təşkil olunur. PAŞA Hub yalnız PAŞA Qrupşirkətlərinin əməkdaşlarının inkişafına yönəlmiş deyil, eynizamanda ölkəmizin gənc kadrlarının inkişafına yönəlmiş proqramlarıntəşkilini nəzərdə tutur.

PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
4
az.trend.az

4Sources