AZ

®“PAŞA Holding” tərəfindən “Future Shapers” inkişaf proqramının açılış tədbiri təşkil edilib

Aprelin 27-də “Future Shapers” proqramının açılış tədbiri baş tutub. Proqram istedadlı universitet tələbələrini və yeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcə də, gənclərə bazarda yaranan yeni rollar barədə məlumat vermək məqsədini daşıyır.

“Future Shapers”ın builki əsas mövzuları kiber təhlükəsizlik, innovasiya, məhsul mədəniyyəti, data və analitika mövzularıdır ki, tədbir zamanı bu mövzuları əhatə edən bilik sessiyaları da həyata keçirilib. Tədbirdə spiker qismində “PAŞA Holding”in və digər qurumların rəhbər şəxsləri öz təcrübələrini paylaşıb, texniki və rəqəmsal bacarıqlar sahəsində baş verən yeniliklər və fürsətlər barədə məlumat veriblər. Bununla yanaşı, tədbirdə “PAŞA Holding” və onun törəmə şirkətlərinin nümayəndələri iştirakçılara “PAŞA Qrup”un baxışı, karyera və inkişaf imkanları barədə məlumat verib, bazarda yaranan yeni rollar barədə bəhs ediblər.

Növbəti mərhələ olaraq iştirakçıları qabiliyyət imtahanı, eləcə də, müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biznes simulyasiyalar gözləyir. Uğurlu nəticə təqdim edən şəxslər “PAŞA Qrup” şirkətlərinin istedadlar siyahısına da daxil ola biləcəklər.

Qeyd edək ki, proqram “PAŞA Holding”in Öyrənmə və inkişaf mərkəzi olan “PAŞA Hub” tərəfindən təşkil olunur. “PAŞA Hub” yalnız “PAŞA Qrup” şirkətlərinin əməkdaşlarının inkişafına yönəlmiş deyil, eyni zamanda, ölkəmizin gənc kadrlarının inkişafına yönəlmiş proqramların təşkilini nəzərdə tutur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
4
azertag.az

4Mənbələr