Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “Döş qəfəsində ağrı və kardiovadkulyar riskin qiymətləndirilməsi” mövzusunda təlim xarakterli elmi tədbir keçirilib.
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə müəssisənim müxtəlif ixtisaslı həkim kollektivi iştirak edib.
Təlimin məruzəçisi Respublika Klinik Xəstəxanasının Kardiologiya şöbəsinin həkim-kardioloqu Mehriban İsgəndər öz məruzəsində pasiyentlərin ürək-damar riskinin qiymətləndirilməsinin və döş qəfəsində yaranan ağrıların səbəbinin vaxtında aşkar edilməsinin həyatqurtarıcı mahiyyətini klinik protokollar və klinik hallar üzərindən vurğulayıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.