EN

İndoneziya sahillərində güclü zəlzələ baş verdi

İndoneziyanın Yava adası sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Bəncər şəhərindən 85 kilometr cənubda, 54 kilometr dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.


Müəllif: Teleqraf.com
Chosen
165
11
teleqraf.com

10Sources