EN

"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq

style='margin-bottom:10px;'>

"Liverpul" yaxın 48 saat ərzində Arne Slotun baş məşqçi təyin olunduğunu rəsmən açıqlayacaq.

QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Mersisaydlılar 45 yaşlı mütəxəssisin hazırkı klubu "Feyenoord"a müqaviləni vaxtından əvvəl ləğv etməsi üçün təxminən 13 milyon funt-sterlinq ödəyəcək.

Daha əvvəl niderlandlı mütəxəssisin "Liverpul"un baş məşqçisi vəzifəsinə əsas namizəd olduğu barədə məlumat yayılmışd. Bu ilin yanvarında isə "Liverpul"un hazırkı baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. 

Qeyd edək ki, Slot 2021-ci ildən "Feyenoord"un baş məşqçisidir. Onun komandası 30 oyundan sonra Niderland çempionatında lider PSV-dən 12 xal geri qalaraq 2-ci pillədə qərarlaşır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
23
Sources
Comment ()
Close