Hidayət Heydərov yarımfinalda
Azərbaycanlı cüdoçu Hidayət Heydərov (73 kq) Avropa çempionatında yarımfinala yüksəlib.
Futbolpress.az xəbər verir ki, o, final yolunda Adil Osmanovla (Moldova) qarşılaşacaq.
Digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) isə uğursuz çıxış ediblər.
Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.