Sankt-Peterburqun Kalininski rayonunda orta məktəb şagirdi məktəbə pnevmatik silah gətirib və divarlara atəş açmağa başlayıb. “Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Hadisə Sankt-Peterburqun şimalındakı məktəblərin birində baş verib. Belə ki, 14 yaşlı yeniyetmə məktəbə pnevmatik tapança gətirib. O, tənəffüs zamanı divara atəş açaraq əylənib.
Məlumata görə, hadisə yerinə hüquq-mühafizə qrupu cəlb olunub. Şagirdə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlana bilər.