EN

Gürcüstan müxalifəti 3 gün sonra yeni mitinq keçirəcək

Gürcüstan müxalifəti yeni mitinq elan edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə \"Sputnik Georgia” məlumat yayıb.

Belə ki, mitinq aprelin 28-də saat 19:00-da Respublika meydanında keçiriləcək.

Müxalifət partiyalarının yaydığı birgə bəyanatda deyilir ki, ictimai təşkilatlar və media qurumları hakim \"Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi \"Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırır.
Qeyd edək ki, Gürcüstan hökuməti və hakim \"Gürcü Arzusu” partiyası da aprelin 29-na ümumrespublika mitinqi elan edib. Hakimiyyətin mitinqində 100 mindən çox insanın iştirakı nəzərdə tutulur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
13
azxeber.com

10Sources