Almaniya səfiri Çinin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə səfir Patrisiya Flor "X" hesabında məlumat verib.
"Bu həftə ərzində 4 alman Çin məxfi xidmət orqanlarına casusluq ittihamı ilə həbs edildikdən sonra bu gün məni də XİN-ə çağırdılar. Hansı ölkədən gəlməsindən asılı olmayaraq, Almaniyada casusluğa göz yuma bilmərik.
Demokratiyamızı və konstitusional dövlətimizi konstitusiya vasitələri ilə qoruyuruq. Federal Baş Prokuror təhqiqat aparır və sonda ittihamlara müstəqil məhkəmə qərar verəcək", - deyə diplomat qeyd edib.
Bizim.Media