Kiçik və orta biznesin qeyri neft sektorunda payı 27,2 % kimi artıb
Son 5 ildə kİçik və orta biznes (KOB) subyektlərinin sayı 54% artıb. Bunu KOBİA idarə heyətinin sədri Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, bu müddətdə kiçik və orta biznesin qeyri-neft-qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5%-dən 27,2%-ə yüksəlib.
KOB-lar tərəfindən yaradılan əlavə dəyərin həcmi 74%-dən çox artaraq təqribən 17,2 milyard manat təşkil edib.
"KOB-ların işçilərinin sayında da müsbət dinamika müşahidə olunur. Belə ki, hesabat dövründə bu göstərici 31% qədər artaraq 370 min nəfərdən çox olub”, - Məmmədov bildirib.
N.Təbrizli
www.anews.az