“Neftçi” klubunun 11 yaşadək futbolçulardan ibarət komandası Rusiyada beynəlxalq turnirdə iştirak edəcək.
Offsideplus.az.az “Sport-express”ə istinadən xəbər verir ki, “ağ-qaralar” “Dinamo” akademiyasının Novoqorskda təşkil edəcəyi yarışa yollanacaq.
Turnirdə 2013-cü il təvəllüdlü oyunçular mübarizə aparacaqlar.
Azərbaycan təmsilçisindən başqa, Rusiyanın “Dinamo”, “Spartak”, ÇSKA, “Krasnodar”, Belarusun “Dinamo” (Minsk), Qazaxıstanın “Kayrat”, Özbəkistanın “Dostluq” komandaları da yarışda iştirak edəcəklər.
Turnir mayın 2-dən 4-dək təşkil olunacaq.