EN

Ançelottidən Arda Gülər açıqlaması gəldi

La Liqanın lideri "Real Madrid" 33-cü həftə matçında səfərdə "Real Sosyedad"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti də "Real Sosyedad" matçı öncəsi keçirdiyi mətbuat konfransında Arda Gülər ​​haqqında açıqlamalar verib.

Arda Gülərin bir müddətdir hazır olduğunu bildirən Ançelotti, "Arda Gülər ​​yaxşı formadadır. Bir müddətdir ki, hazırdı, matçlar çətin keçdi və heç bir şansı olmadı. Dəqiqələr almağa layiqdir" - dedi.

Xavinin ayrılmaq qərarına toxunan mütəxəssis, "Xavinin fikri dəyişikliyinə hörmət etməliyik. Karyeram boyunca dəfələrlə qərarımı dəyişmişəm. Bunu etmək olduqca normaldır. O, "Barselona"da yaxşı işlər gördü və klubu gözəl tanıyır" - dedi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
41
Sources
Comment ()
Close