EN

Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlandı

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür.Belə tədbirlər zamanı kəsici-deşici alətlərin sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satışını təşkil edən 1999-cu il təvəllüdlü Hüseynov Nurəddin, 1986-cı il təvəllüdlü Səfərov Elşən, 1990-cı il təvəllüdlü Əliyev Nihat, 1985-ci il təvəllüdlü Hacıyev Ariz, 1980-ci il təvəllüdlü Rəhimov Vahid və əvvəllər xuliqanlıq əməlinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Hüseynov Anar müəyyən olunaraq saxlanılıblar.Onlardan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 400 ədədə yaxın kəsici-deşici alət aşkar olunaraq götürülüb, təbliğatını apardıqları sosial şəbəkə hesablarının fəaliyyəti məhdudlaşdırılıb.Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır.ZÜMRÜD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
21
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44411
Abdullahianın cəsədi tapıldı - FOTO
32925
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27364
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24781
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20172
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17851
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11780
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8170
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8145
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6976
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6946
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5378
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5016
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965