EN

Qəzzada ölən fələstinlilərin sayı AÇIQLANDI

İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 34,3 minə yaxın fələstinli həlak olub, 77,3 minə yaxını isə yaralanıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu məlumatları Fələstin anklavının Səhiyyə Nazirliyi təqdim edir.

"İsrailin Qəzza zolağına hücumu qurbanlarının sayı artaraq 34 305 nəfərə çatıb, daha 77 293 nəfər isə yaralanıb", - Səhiyyə Nazirliyinin Telegram kanalında dərc edilən bəyanatda deyilir.

Departamentin məlumatına görə, son 24 saat ərzində Qəzzada 43 nəfər ölüb, 64 nəfər yaralanıb.

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
41
Sources
Comment ()
Close