"Real" müdafiəçisi Ferland Mendi haqda qərar verib. Futbolpress.az "Todofichajes"ə istinadən xəbər verir ki, "kral klubu" fransalıya yeni müqavilə təklif edəcək. Yeni sözləşmə 2028-ci ilin yayına qədər olacaq. Onun hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. 28 yaşlı futbolçu bu mövsüm 31 matçda 1 dəfə fərqlənib.