HƏMAS-dan müharibəni bitirmə açıqlaması: “İsrail prosesi uzadır”
HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayyə HƏMAS-ın müharibəni bitirmək üçün çalışdığını, lakin İsrailin prosesi uzatdığını bildirib. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xəlil əl-Hayyə İsraillə atəşkəs və əsir mübadiləsi üçün dolayısı ilə aparılan danışıqlarla bağlı Əl-Əqsa kanalına açıqlama verib. Xəlil əl-Hayyə bildirib ki, HƏMAS danışıqlarda tam çeviklik nümayiş etdirdi, lakin İsrail prosesi uzadır. O, həmçinin, HƏMAS-ın müharibəni indi bitirmək istədiyini, lakin İsrailin bundan imtina etdiyini qeyd edib. Xəlil əl-Hayyə tam atəşkəs olmadan heç bir razılaşma olmayacağını deyib. Əfsanə Rəcəb Manşet.az