Metbuat.az xarici mediaya istinadən limonun faydalarını təqdim edir:- Daimi istifadə edildikdə arıqlamağa kömək edir.- Tərkibindəki C vitamini immuniteti gücləndirir. Soyuqdəymə və tənəffüs yoluxucu xəstəliklərin müalicəsinə əlavə olaraq istifadə edilə bilər.- Limon suyu tərkibindəki sitrat sayəsində böyrək daşının əmələ gəlməsinin qarşısını alır. Böyrək sağlamlığını dəstəkləyir.- Dəmirin udulmasını artıraraq anemiyanın qarşısını alır.- Kollagen sintezini dəstəklədiyi üçün dəri sağlamlığı üçün faydalıdır.- Bədəndən toksinləri və ödemi çıxarmağa kömək edir.- Həzm sistemini düzəltməyə kömək edir.- Qaraciyər funksiyalarının işləməsini dəstəkləyir.- Su istehlakını asanlaşdırır.- Ürək-damar xəstəliklərinin qarşısının alınmasında rol oynayır.
Limonun tərkibində olan "narengin" adlı antioksidant və iltihab əleyhinə maddələr çox faydalıdır. Tərkibindəki alkaloidlər sayəsində xərçəng və bakterial infeksiya ilə mübarizə aparmağa kömək edir.