EN

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Londonda Bukinqem sarayı ətrafında məşq edən süvari birliyindən beş atın qaçması nəticəsində dörd nəfər yaralanıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Britaniya ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, atlar hərbi təlim zamanı yaxınlıqdakı binanın tikintisindən gələn yüksək səslərdən qorxublar.

Sürətlə London küçələrində qaçan atlar xaosa səbəb olublar, onlar ikimərtəbəli avtobus və taksi də daxil olmaqla nəqliyyat vasitələri ilə toqquşublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
109
4
Sources
Comment ()
Close