EN

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Ağ

Bakı, 25 aprel, AZƏRTAC

ABŞ əmindir ki, Rusiya nüvə gücünə malik peyk silahları hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan çıxış edib.

“Birləşmiş Ştatlar Rusiyanın nüvə başlığı daşıya bilən peyk hazırladığına inanır”, – deyə Sullivan Ağ evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirib.

O əlavə edib ki, buna Rusiyanın ABŞ və Yaponiyanın kosmosda nüvə silahının yerləşdirilməməsi ilə bağlı təklif etdiyi qətnamə layihəsinə veto qoyması da işarə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
158
12
Sources
Comment ()
Close