EN

Rusiya ilə Ukrayna arasında uşaqlarla bağlı danışıqlar aparılıb

Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova, uşaqların ailələrinə qovuşması ilə bağlı Qətərin paytaxtı Dohada Ukrayna tərəfi ilə danışıqlar apardıqlarını açıqlayıb.


Oxu24.com  xəbər  verir  ki, Rusiyanın Ria xəbər agentliyinin məlumatına görə, Lvova-Belova Dohada mətbuat konfransı keçirib.

Lvova-Belova, Rusiya ilə Ukrayna arasında uşaqların ailələrinə qovuşması ilə bağlı danışıqlar aparıldığına dair məlumatı paylaşaraq, “Danışıqlar nəticəsində Ukraynada ailələrinə qovuşması lazım olanuşaqların  siyahısı müəyyən edilib”,- deyə məlumatda  qeyd  edilir.

 

Qətər tərəfinin bu siyahıları qeydə aldığını bildirən Lvova-Belova, il ərzində Qətərin vasitəçiliyi ilə ümumilikdə 33 uşağın ailələrinə qovuşduğunu bildirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
50
oxu24.com

10Sources