"Neftçi"nin kapitanı Emin Mahmudov bu gün "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda iştirak etməyəcək.
Bu barədə Sportinfo.aza "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.
Yarımmüdafiəçi matçdan əvvəl məşq prosesində topuğunda ağrılar hiss etdiyi üçün qarşılaşmanı buraxacaq.
Görüş saat 20:00-da start götürəcək.