![BDU-da](https://azertag.az/files/2024/1/1200x630/1713969453236547199_1200x630.jpg)
Bakı, 24 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyilə aprelin 30-dan mayın 1-dək Karyera Festivalı keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir.
Festivalın ilk günü ölkəmizin 100-dən artıq nüfuzlu şirkətinin iştirakı ilə Karyera Sərgisi təşkil olunacaq. Tədbirin ikinci günü isə müxtəlif mövzularda “vörkshop” və panel müzakirələr keçiriləcək.
Tədbirə gələnlər özləri ilə CV-lərini götürməlidirlər. CV-si olmayan şəxslər BDU-nun Karyera və məzunlarla əlaqə sektoruna müraciət edə bilərlər.
Festivalda iştirak üçün aprelin 29-dək qeydiyyatdan keçmək lazımdır.