Bakı, 24 aprel, AZƏRTAC
Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, proqram Azərbaycan Respublikası vətəndaşlarına Qazaxıstanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramına müraciətlər mayın 15-dək qəbul olunacaq.
Təqaüd proqramı Qazaxıstanın Elm və Təhsil Nazirliyi ilə Azərbaycanın Elm və Təhsil Nazirliyi arasında 2017-ci il aprelin 3-də imzalanmış təhsil sahəsində əməkdaşlığa dair müqavilə əsasında həyata keçirilir.