Quterreş hazırkı vəziyyəti “fəlakətdən əvvəlki görünüş” kimi xarakterizə edib.
NOCOMMENT.az “TASS”a istinadən xəbər verir ki, Baş katibin sözlərinə görə, ölkələr 2030-cu ilədək qlobal istixana qazı emissiyalarını 43 % azaltmalıdır.
Quterreş hər il bəşəriyyətin 40 giqatondan çox karbon qazı buraxdığını deyib.
Bildirib ki, iqlim problemlərinin həlli istiqamətində ölkələrin qalıq yanacaqlar və meşələrin qırılması ilə mübarizə aparması vacibdir.