EN

Mübahisəli ərazilər qaldıqca yeni savaş təhlükəsi həmişə olacaq - AÇIQLAMA

2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.Politoloq Elçin Xalidbəyli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi Cənubi Qafqazda sülhün, sabitliyin və əmin amanlığın təmin edilməsi məsələsində əsas faktordur.Analitik vurğulayıb ki, iki ölkə arasında mübahisəli ərazilər qaldıqca yeni savaş təhlükəsi həmişə mövcud olacaq:"Ona görə də indi delimitasiya və demarkasiya prosesinin böyük sürətlə və dəqiqliklə aparılması Azərbaycanla yanaşı Ermənistan üçün də olduqca vacibdir. Ermənistanda da artıq anlayırlar ki, ölkənin təhlükəsizliyinin təminatında delimitasiya prosesi xüsusi rol oynayır. Ermənistan öz sərhədlərinin müəyyən edilməsinə nail olmalıdır. Əks halda savaş təhlükəsi həmişə mövcud olacaq. Nəticədə Ermənistanda çox gözəl bilirlər ki, növbəti savaşın nəticələri necə ola bilər. Ona görə də Paşinyan hakimiyyətinin bəzi təmsilçiləri artıq bu barədə açıqlama verirlər. Delimitasiya prosesinin Ermənistan üçün taleyüklü və həlledici məsələ olduğunu vurğulayırlar. Bu baxımdan hesab etmək olar ki, Paşinyan hakimiyyəti tərəfindən delimitasiya prosesinə hər hansı bir əngəl törədilməyəcək".Lakin ekspert vurğulayıb ki, ümumiyyətlə götürdükdə Ermənistanda delimitasiya prosesinə əngəl törətmək istəyən kifayət qədər qüvvələr mövcuddur:"Həmin qüvvələrin başında terrorçu qruplaşmalar dayanır. Xüsusilə də kilsə və Daşnaksütun Partiyası Azərbaycan və Ermənistan arasında hər hansı müsbət nəticələrin əldə olunmasına bütün vasitələrlə əngəl törətməyə çalışır. Son hadisələr də onu göstərir ki, keşişlər, yəni kilsənin göndərdiyi keşişlər və bəzi terrorçu qruplaşmaların təmsilçiləri hazırda sərhəd bölgəsində gərginliyin artırılması üçün əllərindən gələn hər şeyi edirlər. Bu baxımdan Paşinyan hakimiyyəti delimitasiya prosesinə əngəllərin törədilməməsi üçün ilk növbədə kilsənin və terrorçu qruplaşmaların qarşısını almaq məcburiyyətindədir".Elçin Xalidbəyli:Ermənistanda delimitasiya prosesinə əngəl törətmək istəyən kifayət qədər qüvvələr mövcuddurE.Xalidbəyli qeyd edib ki, Ermənistanın daxilində də müəyyən problemlər yarana bilər:"O ki qaldı sərhədlərin hansı bəyannamə üzrə müəyyənləşdirilməsinə, hələlik məlum olan ondan ibarətdir ki, Azərbaycan və Ermənistan Alma Atı bəyannaməsini əsas götürmək məsələsində razılaşmaq üzrədir. Amma bunun da yekun olacağı tam məlum deyil. Çünki sərhədlərin delimitasiyası ilə bağlı xəritələrin müəyyən edilməsi olduqca vacib məsələdir. Hələlik hansı xəritələr üzrə delimitasiya prosesinin aparılacağı barədə rəsmi açıqlama mövcud deyil. Yəqin, bu, hələlik araşdırma mərhələsindədir və yaxın vaxtlarda delimitasiya prosesi daha da intensivləşcək. Məlum olacaq ki, Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya prosesində hansı xəritələrdən istifadə etmək qərarına gəliblər".Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
149
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14333
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11320
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9216
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3076
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2619
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2341
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2302
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2166
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1842
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1645
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
811
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
771
Azərbaycan nefti ucuzlaşdı
765
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
725
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
694
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
689
Arda Gülər dayanmır, yenə fərqləndi -
604