EN

Üç ayda sığorta haqlarında 7,6% artım olub

2024-cü  ilin birinci rübündə sığorta xətti ilə 373,14 milyon manat vəsait yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% çoxdur. Bu barədə Mərkəzi Bank məlumat verilib. 
 
Bildirilib ki, 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. 
 
Bundan əvvəl Mərkəzi Bankın sədri Taleh Kazımov söyləyib ki, Son 3 ildə Azərbaycanda sığorta haqları 67,8% artaraq 1 milyard 223 milyon manata çatıb.
 
2024-cü ilin iki ayında Azərbaycanda sığorta xətti ilə 239,719 milyon manat yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur. 
 
2023-cü ildə Azərbaycanda sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 720 min manat çoxdur.
 
Hazırda ölkə üzrə 17 sığorta bazarı fəaliyyət göstərir.
 
Gülnar 

 
 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
1

1Sources

Comment ()
Close